MİNGƏÇEVİR, 1 avqust. TELEQRAF
Mingəçevirdə zəncirvari yol qəzası baş verib.
Teleqraf-ın Mərkəzi Aran Bürosu xəbər verir ki, hadisə Samux küçəsində baş verib.
"Opel" markalı minik avtomobili, "Vita" markalı mikroavtobus və şirkət mənsubiyyətli kiçik tutumlu yük maşının toqquşması nəticəsində zəncirvari yol qəzası qeydə alınıb.
Hadisə nəticəsində zərər çəkən olmasa da avtomobillər ciddi zərər görüb və yolda qısa müddətli hərəkət məhdudiyyəti yaranıb.
Faktla bağlı araşdıŕma aparılır.