EN

Təzə Pir və Heydər məscidindən ehsan süfrəsi açıqlaması: “Bizə dəxli yoxdur”

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanda, xüsusilə bölgələrdə yas mərasimlərində ehsan verilməsi tədricən dayandırılır. Bu dəyişiklik mərhələli şəkildə həyata keçirilir və əksər insanlar tərəfindən anlayışla qarşılanır.

Lakin Bakıda hələ də mərasim evlərində ehsan verilməkdə davam edir və bu hal bəzi şəxslər tərəfindən ayrı-seçkilik kimi qiymətləndirilir.

Ekspertlər, bəzi deputatlar bildirib ki, insanlarda narahatlıq yaratmamaq üçün ilk növbədə paytaxtdakı Təzə Pir və Heydər məscidlərində ehsan verilməsinə son qoyulmalıdır. Əgər bu məscidlərdə dəyişiklik baş verməsə, digər rayon və kəndlərdə ehsanın dayandırılması çətin olacaq ki, bu da cəmiyyətdə narazılıq doğura bilər.

Məsələ ilə bağlı Globalinfo.az həm Təzə Pir, həm də Heydər məscidi ilə əlaqə saxlayıb.

Təzə Pir məscidinin axundu Şamil Rəsulov məsciddə ehsan verilmədiyini vurğulayıb:

Şamil Rəsulov

“İnsanlarda məscidlərlə bağlı yanlış təsəvvürlər var. Elə bilirlər ki, ehsan məscidin daxilində verilir. Amma bu, belə deyil. Mərasim zalları ayrı olur. Təzə Pir məscidinin mərasim evinə heç bir aidiyyəti yoxdur. Həmin məkan şəxsi mülkiyyətdir və kimlərsə tərəfindən icarəyə götürülüb. Bizim icmamız ayrıdır. Məsciddə yalnız rəsmi dini tədbirlər, Ramazan ayında imsak və iftar süfrələri təşkil olunur. Yas mərasimləri üçün isə burada ehsan verilmir”.

Heydər məscidinin axundu Rüfət Qarayev isə bildirib ki, onun imamlıq etdiyi məsciddə də ehsan verilmir:

Rüfət Qarayev

“Məscid ayrı, mərasim evi isə tamamilə ayrıdır. Çox vaxt deyirlər ki, “Heydər məscidinin mərasim evi”. Əslində, bu mərasim evinin məscidə heç bir aidiyyəti yoxdur. Binamız ayrıdır, sadəcə yaxınlıqda yerləşir. Struktur və idarəetmə baxımından da bizə bağlı deyil. Biz yalnız dini məsələlər və ayinlərin icrası ilə məşğul oluruq”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
32
globalinfo.az

1Sources