EN

65 il sonra - Xoş Gəlmisən Marcus Aurelius - FOTO

65

Burdurun Gölhisar rayonundakı Boubon Antik Şəhərində 1960-cı illərdə qaçaq yollarla xaricə çıxarılan və 65 ildən sonra Türkiyəyə qaytarılan Roma imperatoru Mark Avreliyin mis heykəli Prezident Kitabxanasında ziyarətə açılıb.2-ci və 3-cü əsrlərə aid olan Mark Avreliyin heykəli Boubon Antik Şəhərində qaçaq qazıntılar nəticəsində xaricə aparılıb. Zamanla ABŞ-ın Ohayo ştatındakı Kleveland İncəsənət Muzeyinin kolleksiyasına daxil olub. Filozof imperatoru təsvir edən bu nadir əsər, Mədəniyyət və Turizm Nazirliyinin elmi araşdırmaları sayəsində 65 il sonra vətənə qaytarılıb. Heykəl Prezident Kitabxanasında sərgilənir.65Heykəlin 1967-ci ildə qaçırıldığı təsdiqlənib, ABŞ-da muzey tərəfindən mübahisələr olsa da, Almaniyada aparılan analizlər onun Boubon torpağında uzun müddət qaldığını sübut edib. 2024-cü ilin mayında heykəlin altındakı ayaq izi Boubon Antik Şəhərinin təməl daşları ilə tam uyğunluğu ilə təsdiqlənib.Heykəlin qaytarılması tarixi bir uğur hesab olunur. Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy bildirib ki, uzunmüddətli və gərgin mübarizədən sonra haqlı olduqları sübut olunub və “filozof imperator” Mark Avreliyi vətəninə qaytarıblar. O, bu prosesin diplomatiya, hüquq və elm sahəsində böyük nailiyyət olduğunu vurğulayıb.Ersoy həmçinin qeyd edib ki, Türkiyə qaçırılmış bütün mədəni irsə sahib çıxmağa davam edəcək.Ulusum.az

Diqqət Çəkənlər

Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır

İsti havanın beynə gözlənilməz təhlükəsi açıqlandı

Nyu-Yorkda faciəvi hücum: Həlak olan polis əməkdaşına ehtiramla vida - VİDEO

Chosen
21
ulusum.az

1Sources