EN

"TikTok"da tanış olduğu qadının uşaqlarına dəhşətli işgəncələr verdi

"TikTok"da tanış olduğu qadınla birlikdə yaşamağa başlayan Kənan Abdullayev onun 6 və 10 yaşlı uşaqlarına dözülməz işgəncələr verib.

Publika.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, uşaqların atasının məsələdən xəbərdar olmasından sonra cinayətin üstü açılıb.

Hadisə azyaşlıların anasının Kənanla birlikdə yaşamaq üçün onun kirayə qaldığı evə köçməsi ilə başlayıb. Həmin vaxta kimi Aytac (şərti) əri ilə birgə yaşayırmış. O, ötən ilin noyabr ayında uşaqlarını götürüb evdən çıxıb, bir daha geri qayıtmayıb. Hətta ailəsi onun itkin düşməsi ilə bağlı polisə müraciət edib.

İstintaq materiallarına görə, Aytac sevgilisinin yanına köçəndən sonra uşaqlarının qara günləri başlayıb. Belə ki, Kənan guya tərbiyələndirmək adı ilə uşaqları mütəmadi olaraq döyüb, onlara müxtəlif formalarda işgəncələr verib.

Kənan uşaqların səs-küy salaraq onun istirahətini pozduqlarını bəhanə edərək bacı-qardaşa şillə və yumruq zərbələri vurub. Bundan əlavə azyaşlıların hər ikisinin başlarını bir-birinə toqquşdurub, onları tək ayaq üstə saxlayıb. Ən dəhşətlisi isə odur ki, Kənan mətbəx bıçağını qazın üstündə qızdıraraq uşaqların qoluna bir neçə dəfə damğa basıb. Nəticədə köməksiz uşaqlar yanıq xəsarətlərindən bir neçə gün ağrı, əzab çəkiblər. Amma bu da son deyil…

Növbəti günlərdə bacı-qardaş evdə oynadıqlarında yenə səs-küy salıb, əşyaların yerini dəyişiblər. Buna əsəbiləşən Kənan onları iplə döyüb, ayaqlarından dartaraq sürüyüb. Hətta uşaqlardan birini binanın 7-ci mərtəbəsindən aşağı sallayaraq öldürəcəyi ilə qorxudub.

Chosen
37
23
publika.az

10Sources