EN

Türk Hava Yolları Hələbə uçuşları bərpa etdi

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türk Hava Yolları (THY) 2012-ci ilin aprelində vətəndaş müharibəsi səbəbindən 13 illik fasilə verdiyi Suriyanın Hələb şəhərinə uçuşları bərpa edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, İstanbul Hava Limanında ilk uçuş üçün təyyarənin qapısında sərnişinlərə türk lokumu ikram edilib.

Təyyarədə 145 sərnişinlə səhər saat 8:10-da havaya qalxan Türk Hava Yollarına məxsus TK844 reysi səhər saat 10:10-da Hələb Beynəlxalq Hava Limanına eniş edib.

Hələb hava limanında ilk reysin açılışı münasibətilə lent kəsmə mərasimi keçirilib. Mərasimdə çıxış edən Hələb baş konsulu Muammer Hakan Cengiz Türk Hava Yollarının 13 illik fasilədən sonra Hələbə uçuşları bərpa etməsindən məmnunluğunu ifadə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
33
3
sherg.az

4Sources