EN

Bakıda avtomobili qəsdən yandıran şəxslər ƏLƏ KEÇDİ

Sabunçu rayonunda nəqliyyat vasitəsini qəsdən yandıran şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, iyulun 27-də Sabunçu rayonu ərazisində paytaxt sakininə məxsus "VAZ-2109" markalı avtomobilin yanması barədə polisə məlumat daxil olub.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobilin qəsdən yandırılması müəyyən olunub. Həmin əməli törətməkdə şübhəli bilinən Məmməd Cabarov və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Ruslan Xəmmədov saxlanılıblar.

Onlar ifadələrində nəqliyyat vasitəsini qaçırmaq istədiklərini, lakin niyyətlərinin baş tutmadığını görüb, avtomobili qəsdən yandırdıqlarını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Chosen
49
47
far.az

10Sources