Bakı. Trend:
Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyi rus dilini bilməyənmiqrantların xidmət sektorunda işə götürülməsini qadağanedəcək.
Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, yeni hazırlanmışəmrə əsasən, ruslarla ünsiyyət tələb edən vəzifələrə dili bilməyənmiqrantların işə götürülməsinə icazə verilməyəcək.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu peşələrəsürücülər, satıcılar və həkimlər daxildir.
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə NazirlərKabinetini miqrant kvotaları məsələsini nizama salmağa çağırıb.
Əmək Nazirliyi isə bəyan edib ki, yalnız viza verilən ölkələrdənəcnəbi işçilərin cəlb edilməsi kvotaya tabedir. Bunlar əsasənRusiya Federasiyasına vizası olan ölkələrdən, o cümlədən Çin,Hindistan, Türkiyə və digər ölkələrdən gəlmiş ixtisaslıişçilərdir.
Qeyd olunur ki, əməkçi miqrantlarla bağlı yeni qərar DövlətDuması tərəfindən qəbul edilmiş və Federasiya Şurası tərəfindəntəsdiq edilmiş “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqistatusu haqqında” Federal Qanunun 15-1 və 18-ci maddələrinədəyişikliklər edilərək hazırlanıb.