"Fənərbaxça"da yay transfer dönəmində yalnız yeni transferlər deyil, eyni zamanda ayrılıqlar da gündəmdədir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, yeni mövsüm üçün transfer işlərini sürətlə davam etdirən İstanbul klubu heyətdəki sıxlığı azaltmaq üçün 3 futbolçunun ayrılığına yaşıl işıq yandırıb.Milan Şkrinyarın komandaya qatılması ilə müdafiə xəttində rəqabət artıb. Klub rəhbərliyi isə Aleksandr Ciku, Dieqo Karlos və Çağlar Söyüncü arasında seçim edəcək.
Bu üçlüyün hansının komandadan ayrılacağı isə gələcəkdə gələcək təkliflərə bağlı olacaq. Rəhbərlik ən yüksək transfer gəliri gətirəcək oyunçu ilə yolları ayırmağa daha isti baxır.
Xüsusilə Çağlar Söyüncü ilə bağlı Səudiyyə Ərəbistanından marağın olduğu və bəzi klubların rəsmi təklifdən öncə ilkin əlaqə qurduğu bildirilir.