EN

Sürücülərin NƏZƏRİNƏ: Radar sizi belə çəksə, cəriməni ödəməyə bilərsiniz?

Son günlər sosial şəbəkələrdə və mediada arxadan çəkilmiş radar şəkilləri ilə bağlı sürücülər arasında narazılıq artıb. İddialara görə, bəzi hallarda radar görüntülərində sürücünün şəxsiyyəti və ya avtomobilin sürətinin düzgün əks olunmaması ciddi mübahisələrə səbəb olur. Bu vəziyyət yol patrul əməkdaşları ilə sürücülər arasında söz atışmalarına və etirazlara yol açır. Mütəxəssislər bildirirlər ki, radar görüntüsünün yalnız arxa tərəfdən olması cərimənin hüquqi əsasını zəiflədə bilər və bu, ictimai narazılığı daha da artırır.

 

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Referans-a açıqlamasında bu haqda danışıb.

 



“Bu, olduqca düzgündür. Düzgün hesab olunmamasına əsas yoxdur. İstər öndən, istərsə də arxa hissədən radar qeydiyyatı aparıla bilər. Bu xüsusi texniki cihaz vasitəsilə aparılır və hər iki hal qayda pozuntusu olduqda cərimələnməyə uyğundur”.

 

Fidan Vəlisoy

Chosen
21
referans.az

1Sources