EN

Almaniyanın bu addımı Putini dəli edəcək

Almaniya ABŞ-la əldə olunan razılaşmadan sonra Ukraynaya iki Patriot hava hücumundan müdafiə sistemi göndərmək üçün hərəkətə keçib.

Turkustan.az xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius "ABŞ-ın öhdəliyi sayəsində Almaniya Ukraynaya əvvəlcə atıcı qurğularla, sonra isə əlavə Patriot sistem komponentləri ilə dəstək verə biləcək" dedi.

NATO-nun baş katibi Mark Rutte inkişafı şərh edərək, Almaniyanın qərarını alqışlayaraq deyib: "Almaniyanın Ukraynaya əlavə iki Patriot sistemi vermək qərarını alqışlayıram. Bu, əla xəbərdir və Almaniya rəhbərliyini təqdir edirəm. Bu, Ukraynaya öz hava məkanını müdafiə etməyə, xalqını qorumağa və Rusiyanın təcavüzünün qarşısını almağa kömək edəcək".

Yeni sistemlərin Ukraynanın hava hücumundan müdafiə imkanlarını əhəmiyyətli dərəcədə artıracağı gözlənilir. Patriot sistemlərinin xüsusilə Rusiyanın intensiv raket hücumlarına qarşı çəkindirici və qoruyucu rol oynaması ehtimal edilir.

Aytən Yaşar/ Turkustan.az

Chosen
21
1
turkustan.az

2Sources