EN

Tramp: ABŞ Qəzza zolağında aclıqla mübarizə planı üzərində işləyir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında aclıqla mübarizə planı üzərində işlədiyini bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə “Axios” portalına müsahibəsində deyib.

"Biz insanlara, onların yaşamasına kömək etmək istəyirik. Biz insanların qidalanmasını istəyirik. Bu, çoxdan baş verməli idi", - Tramp bildirib.

ABŞ lideri Qəzza zolağında aclığın hökm sürməsi ilə bağlı xəbərlərdən narahat olduğunu bildirib. O, HƏMAS-ı anklava daxil olan humanitar yardımı oğurlayaraq satmaqda ittiham edib.
Chosen
36
10
sherg.az

10Sources