EN

Xankəndidə kimin heykəlini qoymaq lazımdırsa, kimin heykəlini götürmək lazımdırsa bizim daxili işimizdir

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Rusiya Federasiyasının dövlət xəbər agentliyi olan TASS informasiya agentliyində dərc olunmuş məqalədə Azərbaycanın Xankəndi şəhəri “Stepanakert” adlandırılıb. Eyni zamanda Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, Xankəndi şəhərində İvan Ayvazovskinin büstünün sökülməsi təəssüflə qarşılanıb, Rusiyaya qarşı xoşagəlməz və qeyri-dost addım kimi qiymətləndirilir.

Milli Məclisin deputatı Elşad Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyanın Azərbaycana münasibəti bəllidir.

Elşad Musayev

“44 günlük müharibədən dərhal sonra rus sülhməramlıları adı altındakı rus qoşunu Azərbaycanda yerləşmişdi. O zaman buranı Rusiyanın bir parçası hesab edirdilər və burada da çoxlu qanunsuz işlər gördülər. O işlərdən biri də o idi ki, müxtəlif adamların heykəllərini gətirib Azərbaycan ərazisində yerləşdirmişdilər. Xüsusən Xankəndi ətraf bölgədə özlərinin dədələrinin, babalarının, müxtəlif səpkili rəhbərlərinin və mədəniyyət işçilərin heykəllərini qoymuşdular. O cümlədən, burada o erməni Ayvazovskinin heykəlini də qoymuşdular və müəyyən dövr zaman keçdi. Rus qoşunları buradan çıxmaq məcburiyyətində qaldılar. Ermənilər də Azərbaycan ərazisini tərk elədi. Xankəndi ətraf bölgədə və biz müstəqil dövlət olaraq suveren dövlət olaraq öz ərazimizdə tikinti quruculuq işləri aparırıq. Kimin heykəlini qoymaq lazımdır, kimin heykəlini götürmək lazımdırsa bizim daxili işimizdir və biz də düz etmişik. Ayvazovskinin, Ayvazyanın Azərbaycan ərazisində heykəlinə heç bir ehtiyac yoxdur.

Rusiyanın məkrli siyasəti aydın şəkildə həm də onda görünür ki, bunların verdiyi bu bəyanatda Xankəndi də “Stepanakert” kimi təqdim olunur və bizim Xarici İşlər Nazirliyinin təmsilçisinin mövqeyi doğru mövqedir. Xarici İşlər Nazirliyi də tələb edir ki, Rusiya öz mövqeyinə düzəliş etməlidir”deyə Elşad Musayev qeyd edib.

Deputat hesab edir ki, Rusiya öz mövqeyinə düzəliş etməlidir.

Elşad Musayevin fikrincə, Rusiyaya qarşı bizim mövqeyimizdə ölkənin bütün siyasi kəsimi, media quruluşları, qeyri hökumət təşkilatları və s. bunların təmsilçiləri konkret Rusiya yetkililərinin timsalında bütövlükdə Rusiya hakimiyyətinin apardığı siyasətə etiraz etməlidir. Deputat hesab edir ki, bundan sonrakı dövrlərdə də Rusiya tərəfindən belə təxribatçı addımlar atılacaq: “Təxribatçı addımlara da sərt reaksiya vermək bizim hamımızın borcumuzdur”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
55
bizimyol.info

1Sources