EN

AQTA dan bu ölkələrin qida təhlükəsizliyi ilə bağlı qərar

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Almaniya, Amerika Birləşmiş Ştatları, Argentina, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Çex Respublikası, Estoniya, İspaniya, İsveç, İsveçrə, İtaliya, Norveç, Özbəkistan, Polşa, Səudiyyə Ərəbistanı Krallığı, Yaponiya və Yeni Zelandiyanın qida təhlükəsizliyinə nəzarət sistemlərinin ekvivalentliyi tanınıb. Bu barədə Agentlik tərəfindən müvafiq qərar qəbul edilib.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Axar.az-a verilən məlumata görə, yüksək riskli qida məhsulları istehsal edən həmin ölkələrin müəssisələri bundan sonra əlavə qiymətləndirmə aparılmadan Azərbaycana məhsul ixrac edə biləcəklər.

Belə ki, ekvivalentliyi tanınmış ölkələrin səlahiyyətli qurumları tərəfindən müəssisələrin təsdiqinə dair təqdim edilən rəsmi məlumatlar və ya müvafiq sənədlər agentliyə təqdim olunduğu halda, həmin müəssisələrin yenidən təsdiqinə ehtiyac qalmır. Qərarın qəbulundan əvvəl agentlik tərəfindən həmin ölkələrin qida təhlükəsizliyi sistemləri qiymətləndirilib, ticarət dövriyyəsi zamanı müşahidə olunan qida təhlükəsizliyi sahəsində uyğunsuzluqların statistikası nəzərə alınıb.

Qərara əsasən, tanınma üçün əsas götürülən meyarlara uyğunsuzluq halları aşkarlandıqda və ya həmin ölkələrdən Azərbaycana insan və heyvan sağlamlığı üçün təhlükəli olan qida və yem məhsullarının ixracı halları təkrarlandığı təqdirdə, müvafiq ölkənin qida təhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyinin ləğv olunması məsələsi agentliyin kollegiyasında müzakirəyə çıxarılacaq.

Ümumilikdə həmin qərar Azərbaycan ilə adıçəkilən ölkələr arasında qida məhsullarının ticarət dövriyyəsinin genişlənməsinə töhfə verəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
5
axar.az

10Sources