Bakı. Trend:
1 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin(BQXK) missiyası yekunlaşan Azərbaycan Nümayəndəliyinin rəhbəriDraqana Koyiçi ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatmasımünasibətilə qəbul edib.
Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, nazir Ceyhun Bayramov xanımDraqana Koyiçə Azərbaycanda fəaliyyəti müddətində əməkdaşlığıninkişafı istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib, onagələcək fəaliyyətində uğurlar arzulayıb.
Tərəflər görüşdə BQXQ-nın ölkəmizdəki son 33 illik fəaliyyəti,Azərbaycanla-Ermənistan arasında sülh prosesinin cari vəziyyəti vəperspektivləri, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa vəyenidənqurma işləri, mina təhdidi, itkin düşmüş şəxslərin aqibətikimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə qarşı tərəf Azərbaycan Hökuməti tərəfindən təşkilatınfəaliyyətinə göstərilən dəstəyə və əməkdaşlığa görə məmnunluğunuifadə edib. Nümayəndəliyin fəaliyyətini cari ilin sentyabr ayınınəvvəli dayandırmasından sonra da BQXQ ilə Cenevrədə yerləşən başqərargah vasitəsilə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətivurğulanıb.