EN

Ceyhun Bayramov Draqana Koyiçi qəbul etdi

1 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) missiyası yekunlaşan Azərbaycan
Nümayəndəliyinin rəhbəri Draqana Koyiçi ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması
münasibətilə qəbul edib.
Nazir Ceyhun Bayramov xanım Draqana Koyiçə Azərbaycanda fəaliyyəti müddətində
əməkdaşlığın inkişafı istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib, ona gələcək
fəaliyyətində uğurlar arzulayıb.
Tərəflər görüşdə BQXQ-nın ölkəmizdəki son 33 illik fəaliyyəti, Azərbaycanla-Ermənistan
arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, işğaldan azad edilmiş ərazilərdə
aparılan bərpa və yenidənqurma işləri, mina təhdidi, itkin düşmüş şəxslərin aqibəti kimi
məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə qarşı tərəf Azərbaycan Hökuməti tərəfindən təşkilatın fəaliyyətinə göstərilən dəstəyə
və əməkdaşlığa görə məmnunluğunu ifadə edib. Nümayəndəliyin fəaliyyətini cari ilin sentyabr
ayının əvvəli dayandırmasından sonra da BQXQ ilə Cenevrədə yerləşən baş qərargah
vasitəsilə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Chosen
10
30
teleqraf.com

10Sources