EN

Zelenski ilə Keir Starmer Rusiyaya qarşı sanksiyaları müzakirə etdilər

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Keir Starmerlə telefon danışığı aparıb.

Viral.az/” target=”_blank”>Viral.az xəbər verir ki, Zelenski bu barədə “Teleqram” hesabında paylaşım edib.

Bildirilib ki, onlar Ukraynanın müdafiəsinin gücləndirilməsini və Rusiyaya qarşı sanksiyaları müzakirə ediblər.

Son Yazılar:

Tərəflər Ukraynanın hava müdafiə imkanlarının gücləndirilməsi, xüsusilə dron-interseptorların istehsalının genişləndirilməsi və bu proqramların maliyyələşdirilməsi yollarını müzakirə ediblər.

Zelenski Rusiyaya qarşı tətbiq edilən sanksiyaların effektivliyini vurğulayıb və bu təzyiqin daha da gücləndiriləcəyinə əminliyini ifadə edib.

Tərəflər həmçinin ABŞ-la koordinasiya, o cümlədən Prezident Donald Trampla mümkün təmaslar və gələcək sülh danışıqlarının formatları barədə fikir mübadiləsi aparıblar.

Zelenski qeyd edib ki, Ukrayna beynəlxalq arenada fəal diplomatik kampaniyaya hazırlaşır.

Chosen
43
6
viral.az

7Sources