EN

Nyu York və Nyu Cersidə daşqın səbəbindən fövqəladə vəziyyət elan edilib

Xalqcebhesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ-ın şərq sahillərində yağan güclü yağış səbəbindən Nyu-York və Nyu-Cersi ştatlarında fövqəladə vəziyyət elan edilib.

Xalqcebhesi.az xəbər verir ki, Nyu-York və Nyu Cersi ştatlarında şiddətli yağış şəhər boyu su basmalarına səbəb olub. Yağış şəhərdaxili nəqliyyatın hərəkətini dayandırıb, stansiyalara ziyan vurub. Nyu Yorkda bəzi metro stansiyaları su altında qalıb, Nyuark, LaQuardia və Con Kennedi hava limanlarında çoxsaylı reyslər ləğv edilib.

Nyu-York meri Erik Adams güclü yağış və daşqın səbəbindən yerli vaxtla səhər saat 8:00-a qədər fövqəladə vəziyyət elan edib. Adams zirzəmilərdə yaşayanlara daha yüksək yerə köçmələri barədə xəbərdarlıq edib.

Merilend ştatında, Carroll County Yanğınsöndürmə İdarəsi bir uşağın sel sularında sıxışaraq öldüyünü bildirdi.

Meteoroloqların proqnozlarına görə, bəzi ərazilərdə yağıntının sürəti saatda 7,5 santimetrə, ümumi yağıntı isə 13-20 santimetrə çata bilər.

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
3
icma.az

4Sources