EN

Barselona TV Luka Modriçi ələ saldı

ain.az, Fanat saytına istinadən bildirir.

“Barselona”nın rəsmi televiziya kanalı - "Barcelona TV" “Real Madrid”in sabiq yarımmüdafiəçisi Luka Modriç barədə istehzalı açıqlama yayıb.

Fanat.Az xəbər verir ki, kanal "Copa del Rey"in finalında baş verən epizoddan bəhs edərək Modriçi lağa qoyub.

“Modriçin son böyük xidməti "Copa del Rey" finalında Kundeyə verdiyi pas oldu. Buradan ona dərin hörmətlərimizi çatdırırıq”.

Hazırda bu hadisə sosial mediada səs-küyə səbəb olub və iki əzəli rəqib arasında gərginliyi bir daha gündəmə gətirib.

Qeyd edək ki, final qarşılaşmasının 116-cı dəqiqəsində Luka Modriçin səhvindən yararlanan Jül Kunde topu ələ keçirərək qələbə qolunu vurmuşdu. Bu qol sayəsində "Barselona" kuboku muzeyinə aparmışdı.

Kamil Xudiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
1
fanat.az

2Sources