EN

İyulla avqustun “Ulduz”u bir arada - Fotolar

İyulla

“Ulduz” jurnalının iyul-avqust sayıdərc edilib. “Yeni nəsil: tənqid+” adlı yeni layihə “Ulduz” jurnalı ilə C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasının birgə əməkdaşlığı sayəsində ərsəyə gəlib.

Reyting.az
-ın məlumatına görə, jurnal Qismət Rüstəmovun tərcüməsində Adam Kirşin “Qlobal roman: XXI əsrdə dünyanı yazmaq”məqaləsi ilə açılır.

“Tənqid” bölümü Ramil Əhmədin “Xatırlamanın və unutmağın səsi”,Ülvi Babasoyun “Ədəbi tənqidin susmaq formaları”, Qismət Rüstəmovun “Qar Tanrısının qeydiyyatı haradır?”, Tomas Eliotun “Tənqidin hədləri” yazılarını təqdim edir.

“Şeir vaxtı”nda Alik Əlioğlu, Feyziyyə, Rəbiqə Nazimqızı, Şəhriyar Del Gerani, Günel Şamilqızı, Anar Amin, Elçin Səlimlidir.

“Nəsr”də “Həmin işıqlı günlər” hekayəsi ilə Cavid Zeynallı, “Pələng” hekayəsi ilə Ülviyyə Heydərovadır.

“Tərcümə saatı”nda Seyfəddin Hüseynli Andrey Volosun “Çulışman” əsərini təqdim edir.

“Dərgidə kitab”da “Bir daha himnimiz haqqında” (1-ci yazı) yazısıyla Kamil Şahverdidir.

“Dərgidə sərgi”nin qonağı Naqiyə Rzayevadır.


Chosen
50
5
reyting.az

9Sources