Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Muğlanın Bodrum şəhərində gecə saatlarında taksi sürücüləri ilə VIP mikroavtobus sürücüləri arasında gərginlik yaşanıb.
Avtosfer.az Türkiyə mətbuatına istinatla xəbər verir ki, mübahisə əlbəyaxa davaya çevrilib və təxminən 150 taksi sürücüsü hadisə yerinə gələrək küçəni tamamilə nəqliyyata bağlayıb.
Hadisə nəticəsində bir nəfər xəsarət alıb, polis əraziyə müdaxilə edib. Bodrum Rayon Polis İdarəsinin rəisi Mehmet Darendelinin danışıqlarından sonra yol yenidən hərəkətə açılıb. Qarşıdurma ilə bağlı 4 nəfər saxlanılıb və hüquqi prosedurlar üçün ədliyyəyə göndəriləcəkləri bildirilib.
İddialara görə, dava VIP sürücülərinin taksilərin həmin ərazidən müştəri aparmasına etirazı səbəbilə baş verib.(publika.az)
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.