EN

Bakıda obyektdə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə Operativ Media-ya qurumun Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Chosen
36
50
operativmedia.az

10Sources