EN

“Rəzil”, “Türmə”, “Şikayət” adını niyə uşağa qoymaq istəyirlər?

"Ad seçmə məsələsinə etinasız yanaşmaq uşaqların həyatına mənfi təsir edir".

Bunu "Report"a müsahibəsində Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib. 

O təəssüflə qeyd edib ki, bir sıra valideynlər müqəddəs vəzifələrini, borclarını unudaraq aşağıdakı adları övladlarına verirlər:

"Stəkan, Şüşəbənd, Türmə, Candərd, Kəniz, Kündə, Kü­lək, Məlumat, Meyxoş, Qaçmaz, Bütöv, Rəzil, Şikayət".

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, uşağın adı onun həyatında özünü ifadəsində birbaşa rol oynayır: “Rəzil”, “Türmə”, “Şikayət” və digər qəribə adlar uşağın həm yaşıdları arasında gülüncə, aşağılanmaya səbəb ola bilər. Ad travması insanın daşıdığı ad səbəbindən sosial münasibətlərdə və ya şəxsi həyatında davamlı olaraq psixoloji narahatlıq keçirməsidir. İnsanlara verilən şəxsi adların da onlar üzərində müəyyən təsiri var. İnsan ömrü boyu daşıyacağı, özünə aid səhv seçilən ismin psixoloji qurbanı ola bilər. Buna görə də valideynlər övladlarına ad seçərkən diqqətli olmalıdırlar. Düşünürəm ki, adların insan xarakterinə təsir edir. Bəzən qədimi adların qoyulmasına düzgün baxmırıq”.

Sevinc

Chosen
25
hit.az

1Sources