İtaliya A Seriyası təmsilçisi "Komo" yarımmüdafiəçisi Dele Alli ilə yollarını ayıra bilər
Apasport.az xəbər verir ki, ingiltərəli futbolçu hazırda komandadan ayrı şəkildə fərdi məşqlər edir.
29 yaşlı futbolçunun Fabreqasın gələn mövsüm üçün planlarında yer almaması "Komo" məcərasının erkən başa çatacağı siqnalını verir.
Uzun müddət futbolsuz qalan sabiq İngiltərə millisinin üzvünə 2025-ci ilin qış pəncərəsində ispaniyalı mütəxəssis tərəfindən şans verildi. Lakin o, komandası ilə meydana çıxdığı yeganə matçında qırmızı vərəqə ilə cəzalandırılaraq oyundan kənarlaşdırılıb.
Qeyd edək ki, Dele Alli 2022/23 mövsümünün sonundan etibarən futboldan kənar qalmışdı
Donnarummaya Premyer Liqadan növbəti elçi
“Liverpul” yeni mövsüm üçün formalarını təqdim edib
"Zirə"ni keçdilər, Rebiçi aldılar
"Qalatasaray" "Napoli" ilə anlaşdı - Rəsmi
"Beşiktaş"dan Moskva klubuna