EN

Bakı Tbilisi Qars dəmir yolu xəttinə baxış keçirilib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 1 avqust, AZƏRTAC

“Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin (SC) rəhbərliyi Bakı-Tbilisi-Qars dəmir yolundakı cari vəziyyətlə tanış olmaq üçün xəttə baxış keçirib.

Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, səhmdar cəmiyyətin baş direktoru Laşa Abaşidze dəmir yolu xəttinin Gürcüstan hissəsində aparılan işlərlə tanış olub, xəttin mövcud infrastrukturu ilə maraqlanıb.

Baş direktor Axalkalaki stansiyasında Çindən yola salınmış, Türkiyədən keçərək Avropaya yollanacaq qatara da baxış keçirib.

Qeyd olunub ki, BTQ dəmir yolu ilə qatarların hərəkəti test rejimində həyata keçirilir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam istismara verilməsi yükdaşımaları əhəmiyyətli dərəcədə artıracaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
36
1
azertag.az

2Sources