ain.az bildirir, Axar.az portalına istinadən.
İran dövlət televiziyasında "İRİB Nyus"un tanınmış xəbər aparıcısı Səhər İmaminin sosial şəbəkədə etdiyi paylaşım müzakirələrə səbəb olub.
Axar.az "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, Səhər İmami fikirlərini X sosial şəbəkəsində paylaşıb.
O, İran bayrağı fonunda nüvə partlayışını əks etdirən bir şəkil paylaşaraq, "Tezliklə..." sözünü yazıb.
Bu qısa, lakin simvolik paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bəzi istifadəçilər bunu İranın mümkün nüvə mesajı kimi qiymətləndirib, digərləri isə siyasi və ya simvolik jest kimi şərh ediblər.
Qeyd edək ki, Səhər İmami ötən ay İsrailin İran dövlət televiziyasına raket hücumu zamanı yaralanmışdı.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.