EN

Rusiya: ABŞ rüsumları Türkiyəyə iqtisadi üstünlük qazandırır

Rusiyanın İqtisadi İnkişaf Nazirliyi bəyan edib ki, ABŞ-ın bəzi mallara qarşı tətbiq etdiyi rüsumlar fonunda Türkiyə Rusiyaya qarşı daha əlverişli ticarət mövqeyinə malikdir. Nazirliyin açıqlamasına görə, bu vəziyyət Türkiyə məhsullarının beynəlxalq bazarda rəqabət qabiliyyətini artırır və Rusiyanın ixrac potensialına da təsir edə bilər.

Nazirlik vurğulayıb ki, ABŞ-ın Rusiya məhsullarına qarşı sanksiyaları və tarif siyasəti fonunda Moskva alternativ bazarlar və tərəfdaşlar axtarışını davam etdirir. Bu kontekstdə Türkiyə ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, ABŞ son illər Rusiya iqtisadiyyatına qarşı bir sıra sanksiyalar və yüksək gömrük rüsumları tətbiq edib ki, bu da Moskvanın xarici ticarət siyasətində yeni prioritetlər formalaşdırmasına səbəb olub.

//Samir Qurbanov, Editor.az

Chosen
19
editor.az

1Sources