EN

Cəmi bir stəkan qazlı "diet" içki diabet riskini 38% artırır – Araşdırma

Cəmi

"Diabetes & Metabolism" jurnalında dərc olunmuş elmi araşdırmaya görə, tərkibində süni şirinləşdiricilər olan qazlı içkilərin gündəlik istifadəsi 2-ci tip şəkərli diabetin inkişaf riskini 38% artırır. Bu göstərici adi şəkərli içkilərlə müqayisədə (23%) daha yüksəkdir.Monash Universiteti, RMIT Universiteti və Viktoriya Ştatının Xərçənglə Mübarizə Şurasının mütəxəssisləri tərəfindən aparılan genişmiqyaslı tədqiqatda 40–69 yaş arası 36 min nəfər iştirak edib. 14 il davam edən araşdırma göstərib ki, bədən kütlə indeksi (BKİ) normal olan şəxslərdə belə "diet" içkilərlə şəkərli diabet arasında əlaqə qalır.Alimlər bu nəticənin risk qrupunda olan insanlar üçün süni şirinləşdiricilərin təhlükəsizliyi barədə yayılmış fikri təkzib etdiyini bildirirlər. Onlar ərzaq siyasətinin yenidən nəzərdən keçirilməsinə çağırırlar.Ulusum.az

Diqqət Çəkənlər

İsti havanın beynə gözlənilməz təhlükəsi açıqlandı

Nyu-Yorkda faciəvi hücum: Həlak olan polis əməkdaşına ehtiramla vida - VİDEO

İrandan Rusiyaya “kahı” adıyla narkotik aparılırmış – Gömrükdə ələ keçdi

Chosen
9
ulusum.az

1Sources