EN

Dəhşətli qətl baş verdi - Polis əməkdaşı arvadını və uşaqlarını öldürdü

Türkiyənin Denizli vilayətinin Merkezefendi rayonunda dəhşətli ailə faciəsi baş verib. Polis əməkdaşı arvadını və iki azyaşlı övladını yatdığı yerdə güllələyərək qətlə yetirib, daha sonra isə intihar edib.

Moderator.az "Haber Global"a istinadla xəbər verir ki, hadisə Karaman məhəlləsində yerləşən dördmərtəbəli binanın birinci mərtəbəsində qeydə alınıb.

Evin içindən silah səsləri eşidən bina sakinləri dərhal hüquq-mühafizə və təcili tibbi yardım əməkdaşlarına məlumat veriblər.

Hadisə yerinə gələn polis və həkim briqadası evdə 35 yaşlı Coşkun S.-nin əvvəlcə həyat yoldaşı Nazlı, 2 yaşlı qızı Duru və 7 yaşlı oğlu Yağız S.-ni odlu silahla qətlə yetirdiyini, daha sonra həmin silahla özünü öldürdüyünü müəyyən ediblər.

Məlumata görə, Coşkun S. Şırnak vilayətinin Cizrə rayonunda polis əməkdaşı kimi çalışırmış. O, bir neçə gün öncə illik məzuniyyətə çıxaraq ailəsi ilə birlikdə qayınanasının evində qalmaq üçün Denizliyə yollanıbmış.

Hadisənin səbəbləri ilə bağlı istintaq davam etdirilir.

Chosen
9
1
moderator.az

2Sources