Ali təhsil pilləsinin magistratura səviyyəsinə qəbul olunanlar üçün sənəd qəbulunun vaxtı avqustun 4-dək uzadılıb.
Bu barədə Operativ Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanın qeydiyyatı” xidmətini seçə bilərlər.