EN

Bu ölkə də Trampı Nobel mükafatına namizəd göstərəcək


Kamboca hakimiyyəti ABŞ prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərməyi planlaşdırır.
Yeniavaz.com
“The Wall Street Journal” qəzetinə istinadla xəbər verir ki, bu barədə krallığın baş nazirinin müavini Sun Çantol bildirib.
“O, təkcə Kamboca ilə bağlı işinə görə deyil, həm də başqa işlərə görə Nobel mükafatını almalıdır”, - baş nazirin müavini qeyd edib.
O, həmçinin qeyd edib ki, Amerika Prezidentinin müdaxiləsi olmasaydı, Kamboca və Tailand yəqin ki, sərhəd bölgəsində döyüşlərə son qoymaq üçün razılığa gələ bilməyəcəkdilər.
Çantol əlavə edib ki, Pnompen Ağ Ev rəhbərinin namizədliyini mükafatı verən Nobel Komitəsinə təqdim etmək niyyətindədir.
Qeyd edək ki, bu ilin mart ayında ABŞ-nin respublikaçı konqresmeni Darrell İssa da ABŞ Prezidentini Nobel Sülh Mükafatına namizəd göstərib.
Bundan əvvəl Ağ Ev rəhbərinin namizədliyi 2024-cü ilin yanvarında ABŞ Nümayəndələr Palatasının üzvü Klaudiya Tenni tərəfindən irəli sürülüb. O, İsraillə BƏƏ və Bəhreyn arasında münasibətlərin normallaşmasına dair sənədlərin - İbrahim sazişinin imzalanmasına kömək göstərdiyinə görə Trampı mükafatlandırmağı təklif edib. Tramp bu müqavilə ilə bağlı daha üç dəfə Nobel Sülh Mükafatına namizəd göstərilib.
Chosen
23
yeniavaz.com

1Sources