Telefonlarda Wi-Fi funksiyasının daim açıq qalması sizi kiber hücumlara qarşı müdafiəsiz buraxa bilər.
Publika.az xəbər verir ki, mütəxəssislər evdən kənarda olduğunuz zaman Wi-Fi funksiyasını bağlamağınızı tövsiyə edir.
Xəbərdarlıqlara görə, əks halda cihazınız zərərli şəbəkələrə avtomatik qoşula və şəxsi məlumatlarınız hədəf halına gələ bilər. Telefonun daim Wi-Fi axtarması hakerlərə şəbəkənizə uzaqdan müdaxilə imkanı yaradır.
Wi-Fi funksiyasını söndürmək həm də batareya ömrünü uzadır. Boşuna açıq saxlanan Wi-Fi elektrik sərfiyyatını artırır və cihazın istiliyini yüksəldərək onun performansına zərər verir.