EN

Rus turistlərə nəzarət rejimi TƏTBİQ OLUNDU – SON DƏQİQƏ

Şimali Koreya altı ildən sonra ilk xarici turistləri qəbul etsə də, “tətil” anlayışı yerini sərt nəzarətə verib.

Referans xarici mediaya istinadən xəbər verir ki, Vonsan kurort şəhərinə çatan rusiyalı turistlər hər addımda izlənilib, sahildə sərbəst gəzmələrinə və dənizə girmələrinə icazə verilməyib.

Turistlər “bələdçi” adı altında nəzarətçilərlə müşayiət olunub, hotellərdə qalmaq hüququndan da məhrum ediliblər. Səfər boyunca danışıqlar dinlənilib, smartfon istifadəsi məhdudlaşdırılıb.

Ekspertlər bunu Şimali Koreya rejiminin siyasi güc nümayişi və total nəzarət mexanizminin nümayişi kimi qiymətləndirir. Rus turistlər günəşli sahillər əvəzinə “kölgədə” və tam nəzarət altında bir “təcrübə” yaşayıb(Musavat.com)

Chosen
30
1
referans.az

2Sources