EN

Naftalanda yeni sanatoriya istifadəyə VERİLƏCƏK

Bu yaxınlarda Naftalanda yeni sanatoriya istifadəyə veriləcək. Payıza doğru qonaqların xidmətinə açıq elan edəcəyik. 

Bizim.Media xəbər verir ki, bunu "Kurort" QSC-nin baş direktoru Çingiz Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, həmçinin, yaxın günlərdə Günəşli sanatoriyasının bir korpusunda da təmir, yenilənmə işləri bitəcək:

"Son vaxtlarda nəinki Abşeron sanatoriyasında, həmçinin "Kurort" QSC -nin idarəçiliyində olan kurortlarda yenilənmə işləri gedir. Ötən ay Bilgəhdə dekontruksiyadan çıxmış korpus vətəndaşların xidmətinə verilib".

Günay Şahmar, Bizim.Media

Chosen
34
bizim.media

1Sources