EN

Abşeron mədə-bağırsaq sanatoriyasında uroloji müalicə xidmətləri də göstəriləcək

Yeni istifadəyə verilən Abşeron mədə-bağırsaq sanatoriyasında qastrentoloji xidmətlərlə yanaşı, uroloji müalicə xidmətləri də göstəriləcək.

"Report" xəbər verir ki, bunu "Kurort" Qapalı Səhmdar Cəmiyyətinin direktoru Çingiz Hacıyev Abşeron mədə-bağırsaq profilli sanatoriyaya təşkil edilən mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu məqsədlə bir çox müasir avadanlıqlar alınıb: "Həmin avadanlıqlar son model hesab edilə biləcək səviyyədədir. Onların istifadəsi ilə məşğul olan mütəxəssislərimiz də var. Müalicə mərkəzində yollayış olmadan, sərbəst şəkildə hər kəs yaxınlaşıb xidmət ala bilər".

Ç.Hacıyev vurğulayıb ki, Günəşlidə və Naftalanda kurort tipli yeni sanatoriyalar istifadəyə veriləcək. Bilgəhdə isə bu yaxınlarda sanatoriya istifadəyə verilib və onların sayı artırılacaq: "Təmir-tikinti ilə yanaşı, xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün həkim və tibb bacılarının treninqlərə, təlimlərə cəlb edilməsi mütəmadi həyata keçirilir".

Chosen
14
report.az

1Sources