EN

“Sabah”ın “Levski” ilə səfər matçının biletləri satışda

Bolqarıstanda “Levski” və “Sabah” arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununun biletləri satışa çıxarılıb.

Msport.az xəbər verir ki, bu barədə meydan sahiblərinin mətbuat xidməti məlumat yayıb.

Qiymətlər sektoralara uyğun olaraq 27-170 lev (26-168 manat) aralığında dəyişir.

Azarkeşlər bu gündən avqustun 3-dək, bazar günü daxil olmaqla, yalnız 2025-26 mövsümü üçün platin üzvlik kartları olanlar biletləri əldə edə biləcəklər. Avqustun 4-də qızıl üzvlük kartlarına sahib olanlara bilet satılacaq. Növbəti gün isə istənilən şəxs bilet əldə edə biləcək.

Qeyd edək ki, avqustun 7-də Sofiyada keçiriləcək “Levski” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab qarşılaşması bir həftə sonra Bakıda baş tutacaq.

Chosen
8
23
msport.az

10Sources