EN

Dövlət 3 iri bankda 450 milyon manat depozit yerləşdirdi

Avqustun 1-də Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

Bu barədə Marja.az-a Maliyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, hərracın nəticələrinə əsasən, xəzinə hesabının 450 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən üç bankında 28 gün müddətinə, 7.00% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Chosen
5
49
marja.az

10Sources