EN

Qarabağa getmək ASANLAŞDI VİDEO

Bakupost portalından verilən məlumata əsasən, ain.az bildirir.

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların rahatlığını və dövlət xidmətlərindən istifadədə məmnunluğunu artırmaq məqsədilə E-Polis mobil tətbiqi davamlı olaraq təkmilləşdirir.

Bu barədə Bakupost.az -a DİN-dən məlumat verilib.

Bildirilib ki, artıq bu yeniliklər sayəsində işğaldan azad olunan bölgələrə səfərlərdə icazə prosesi daha sürətli və rahat təşkil olunur:

"Mobil tətbiqə yeni əlavə edilən funksiya vasitəsilə Qarabağa getmək üçün icazəni elektron qaydada ala bilərsiniz. Bunun üçün tətbiqə daxil olub ana səhifədəki “Qarabağa icazə” və ya “Xidmətlər” siyahısından “İşğaldan azad olunmuş ərazilərə buraxılış icazəsinin alınması” xanasını seçirsiniz. Açılan pəncərədə “Müraciət et” düyməsini sıxdıqdan sonra bildirişlərin sizə vaxtında çatması üçün əlaqə vasitələrinizi daxil edirsiniz. Növbəti mərhələdə səfər etmək istədiyiniz əraziləri və tarixləri seçirsiniz. Nəzərə alın ki, icazə maksimum 5 gün müddətinə verilir".

Məlumata görə, səfər zamanı istifadə edəcəyiniz avtomobilin dövlət qeydiyyat və şəhadətnamə nömrələri tətbiqə daxil edildikdən sonra nəqliyyat vasitənizdəki oturacaq yerindən asılı olaraq maksimum 9 nəfərin getməsinə icazə veriləcək:

"Onu da nəzərinizə çatdıraq ki, sərnişinlər həm yerli, həm də müvafiq sənədləri olan əcnəbi vətəndaşlar ola bilərlər. Ən sonda məlumatları yoxlayıb “Təsdiqlə” düyməsini sıxmaqla müraciətinizi tamamlaya bilərsiniz. Bildirişlər şəxsi elektron kabinetiniz varsa birbaşa ora, yoxdursa SMS vasitəsilə mobil nömrənizə göndəriləcək".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
49
www.bakupost.az

10Sources