News24 portalından alınan məlumata görə, ain.az xəbər verir.
Fransa’nın Maine-et-Loire bölgəsində ev şəraitində hazırlanmış yerkökü konservindən bişirilmiş bir dilim kek ölümcül botulizm zəhərlənməsinə səbəb olub. 7–14 iyul tarixləri arasında bu keki istehlak edən altı nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri həyatını itirib.
News24.az xəbər verir ki, Angers şəhərinin prokuroru Erik Buiyar bildirib ki, zəhərlənən şəxslərdən biri hələ də reanimasiyadadır, digəri isə xəstəxanada müalicə alır. Hadisə ilə bağlı rəsmi istintaq başlanıb.
Bölgə Səhiyyə İdarəsinin (ARS) açıqlamasına görə, faciənin mənbəyi sterilizasiya qaydalarına əməl edilmədən hazırlanmış ev konservidir. Sözügedən məhsulların bazara çıxarılmadığı və yalnız şəxsi istehlak üçün hazırlandığı da vurğulanıb. Konservləri hazırlayan qadın da zərərçəkənlər arasındadır.
Botulizm nadir, lakin çox təhlükəli bakterial zəhərlənmədir. Əsasən düzgün sterilizasiya edilməmiş konserv məhsullarında yaranır və sinir sistemini zədələyərək əzələ iflici və tənəffüs çatışmazlığına səbəb ola bilər. Ölüm nisbəti 5–10% arasında dəyişir.
Public Health France məlumatına görə, Fransada hər il onlarca botulizm hadisəsi qeydə alınır. Bu son hadisə, ev şəraitində konservləşdirmənin potensial təhlükələrini bir daha gündəmə gətirib. 2023-cü ilin sentyabrında Bordoda evdə hazırlanmış sardina konservindən 16 nəfər, başqa bir hadisədə isə sarımsaq pestosundan 5 nəfər ciddi zəhərlənmişdi.
Xeyrənsə Piriyeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.