EN

Pezeşkian İranın Azərbaycanla düşmən siyasətini başa düşməkdə çətinlik çəkir VHP sədri

ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Təəssüf ki, hər şey Məsud Pezeşkianın iradəsindən asılı deyil. İçəridə hansısa qüvvələr ali dini rəhbər və prezidentin başının üstündən çıxış etməklə Azərbaycanla münasibətləri pozur. Bu ali dini rəhbərin hökmüdürsə, onda onun danışığı ilə əməli arasında ziddiyyət var". 

Bunu Qaynarinfo-ya açıqlamasında bunu Vətəndaş Həmrəyliyi Partiyasının (CHP) sədri Sabir Rüstəmxanlı İran prezidenti Məsud Pezeşkianın Bakı ilə Tehran arasında vaxtilə mövcud olan gərgin münasibətlərə toxunarkən, belə vəziyyətin yaranmasının günahkarının məhz özləri olması barədə fikirlərini şərh edərkən deyib.

"Pezeşkian ziyalıdır və xalqın içindən çıxıb. O, İranın az qala yarısını təşkil edən türklərin bu ölkədəki rolunu anlayır, onların narazılığının ölkə üçün problem yaratdığını bilir. O, həmçinin Azərbaycan dilinin tədris olunmasının tərəfdarı kimi çıxış edir. Eyni zamanda, haqlı olaraq qeyd edir ki, Azərbaycan dövlətinə münasibətdə İranın yürütdüyü siyasət doğru deyil. Pezeşkian Qarabağı, Şuşanı da gəlib gördü. Ermənilərin orada hansı vəhşiliklər törətdiyinin, habelə Azərbaycanın hansı fədakarlıqla dağıdılmış əraziləri bərpa etdiyini gördü", deyə Sabir Rüstəmxanlı bildirib.

VHP sədri qeyd edir ki, bu fonda Azərbaycanla bağlı Pezeşkianı narahat edən məqamlar ciddi məsələlərdir:

"Ona görə də Pezeşkian İranın Ermənistanla qan qardaşı olması, Azərbaycanla isə düşmən olması barədə yürütdüyü bu siyasətini başa düşməkdə çətinlik çəkir". 

Həmsöhbətimiz güman edir ki, Pezeşkianın prezidentliyi dövründə Azərbaycanla İran arasında münasibətlərdə xeyli yumşalma olacaq:

"İranda da bunu başa düşən qüvvələr çoxalır".

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian bu yaxınlarda Azərbaycanla bağlı münasibətlərə toxunaraq, bu ölkə ilə sağlam və mehriban münasibətlər qura bilməmələrinin günahkarının məhz Tehran olduğunu bildirib: 

"Azərbaycan İrana ən yaxın ölkədir. Heç bir dövlət tarixdə İrana bu qədər yaxın, doğma ola bilməz. Amma İsrail İran qədər yaxın olmaya-olmaya bizdən daha yaxşı münasibətlər qurur. Bir baxaq görək səhv kimdədir, niyə bu belədir. Azərbaycanla yaxşı münasibətlər qurmaq üçün hər cür imkanımız varsa, niyə iradəmiz buna çatmasın”.

Pezeşkian həmçinin qeyd edib ki, Azərbaycan İran üçün qardaş, dost və doğma ölkədir:

"Orada olanlar bizim özümüzdür, bizlərdəndir. Bəziləri Azərbaycanın İranın düşməni olduğunu deyirdilər, amma bu belə deyil, Azərbaycan bizim qohumumuzdur. Sərhədin o tayındakı qardaş və bacılarımızla sağlam və mehriban münasibətlər qura bilməmişik. Günahkar Azərbaycan yox, bizik".

Pezeşkianın bu çıxışı İranda anti-Azərbaycan meyilli politoloqlar tərəfindən tənqidə məruz qalıb. Anti-Azərbaycan mövqeyi ilə xüsusilə seçilən siyasi şərhçi Şüeyb Bəhmən dünən İran prezidenti Məsud Pezeşkianın Azərbaycanla bağlı açıqlamalarını sərt tənqid edib. O, sosial mediada yayılan fikirlərində Azərbaycanı "Azrail" adlandıraraq prezidentin ətrafındakı milliyyətçi şəxsləri günahlandırıb.

Bəhmən öz paylaşımında yazıb: "Prezidentin ətrafındakı milliyyətçi şəxslər onu özünə qarşı təxribat həddinə çatdırıblar və ona "Azrailin” həqiqi mahiyyətini dərk etmək imkanı vermirlər”.

Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
2
qaynarinfo.az

3Sources