Ekvadorun Ambato şəhərində keçirilən “Vuelta a la Republica” ralli yarışında faciə yaşanıb.
Publika.az xəbər verir ki, ralli sürücüsü finişə az qalmış avtomobilin idarəetməsini itirib və yol kənarında dayanan tamaşaçıların üzərinə sürüb.
Qəza nəticəsində 2 nəfər ölüb, 18 nəfər isə yaralanıb.
Hadisə anı mobil telefon kameraları ilə lentə alınıb.