EN

Tovuz quşlarının quyruqlarında lazer var: Alimlər 

Alimlər deyirlər ki, təkamülün onların heyrətamiz dərəcədə parlaq tüklərinə niyə lazerlər yerləşdirdiyini hələ bilmirlər.

QHT.az xəbər verir ki, Florida Politexnik və Youngstown Dövlət Universitetinin alimləri müəyyən ediblər ki, tovuz quşu lələklərindəki nanostrukturlar işığı elə formada əks etdirir ki, onlar lazerə bənzər parıltı yaradır. Araşdırma zamanı məlum olub ki, bu göz ləkələri işıq dalğalarını irəli-geri yönəldərək yaşıl və sarı-narıncı spektrlərdə gücləndirilmiş işıq yaradır.

Bu təbii optik rezonatorların lazer texnologiyasına və bioloji tədqiqatlara yeni imkanlar aça biləcəyi qeyd olunur. Alimlər hesab edirlər ki, bu nanostrukturların quruluşu gələcəkdə yeni nəsil bioloji lazerlərin yaradılmasında istifadə oluna bilər.

 

R.İmanov

 

Chosen
9
qht.az

1Sources