Baku.ws saytına istinadən ain.az xəbər verir.
1984-cü ildən Şövkət xanımla birgə Arif müəllim bizə dərs verməyə başlamışdı.
Bunu xalq artisti Aybəniz Həşimova Arif Babayevin vida mərasimində BAKU.WS-ə açıqlamasında bildirib.
O, Arif Babayevlə bağlı xatirələrindən söz açdı:
" O bizim sinfə gələndə sanki bir ata kimi idi. Hətta uşaqlar arasında belə bir fikir yaranmışdı.
Böyük sənətkardır və bütün xalq onu sevir. O bütün tələbələrinə müəllimlikdən əlavə ata qayğısı ilə yanaşırdı. Onları qısqanmırdı. İnsan valideynlərini itirəndə uşaqlaşırmış, mən də neçə gündür, belə vəziyyətdəyəm. 3 gün bundan öncə onunla görüşmüşdük. Çox yalvardım ki, oyansın"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.