EN

İş yerində ölüm: Kimlərə pul ödənilir?

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son günlər iş zamanı baş verən ölüm hadisələri ilə bağlı xəbərlər yayılır. 

Xırdalanda fəhlənin yüksəklikdən yıxılması, “Aztelekom” əməkdaşının iş yerində dünyasını dəyişməsi, təcili yardım həkiminin qəfil ölümü kimi xəbərlər məsələnin nə qədər ciddi olduğunu göstərir. 

Belə hallarda ölən şəxsin ailəsinə, yaxınlarına dövlətin və ya işəgötürənin hansı dəstək və imtiyazları verəcəyi sualı gündəmə gəlir. İş yerində ölən şəxlərin ailələrinə və ya yaxınlarına hər hansı imtiyazlar verilirmi? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib ki, məsələ ilə bağlı qanunvericiliyə, "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununa diqqət yetirilməlidir.

Sığorta olunanın ölümündən sonra ödəniş alacaq şəxslər bunlardır: 

1.Sığorta olunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 

2.Sığorta olunanın ölümündən sonra doğulmuş uşağı; 

3.Sığorta olunanın himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və əmək qabiliyyətindən asılı olmayaraq işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü; 

4.Sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər. 

Əmək qabiliyyəti olmayan və əmək qabiliyyətini itirmiş şəxs dedikdə aşağıdakılar nəzərdə tutulur: 

• 18 yaşına çatmamış uşaqlar; 

• Təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladlar, lakin ən çoxu 23 yaşına çatana qədər; 

• Ata, ana, ər, arvad, övlad "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələrinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış, yaxud əlilliyi olan şəxs; 

• Bu bənddə müəyyən edilmiş şəxslər mövcud olmadıqda, sığorta olunanın ailə üzvləri faydalanan şəxs hesab edilir. 

Gülər 

“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
cebheinfo.az

1Sources