EN

İnfluenserlər reklamları bəyan etmir, bu, qanunsuzdur Fərid Pərdəşünas

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bir müddət öncə "Reklam haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun təsdiqləndi. Bu dəyişikliklər nəticəsində "reklam daşıyıcısı olan rəqəmsal platforma reklamları" (reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı, informasiya-telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləri) "Reklam haqqında" qanunun tənzimləmə dairəsinə daxil edilib. Bu tənzimlənmə o halda tətbiq ediləcək ki, reklam Azərbaycan ərazisində olan reklam istehlakçılarına ünvanlansın.Dəyişiklik nəticəsində maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən şəxslərin statusu və onlar tərəfindən verilən rəqəmsal platforma reklamlarına dair tələblər müəyyən edilib. Qanuna yeni "rəqəmsal platforma təsirçisi" anlayışı gətirilib və onlar reklam subyekti kimi tanınıb. Bununla da reklam subyekti üçün müəyyən edilmiş hüquqların, vəzifələrin və məsuliyyətin rəqəmsal platforma təsirçisinə də şamil edilməsi təmin edilib.Bəs sözügedən qanuna bu gün influenserlər əməl edirlərmi?Bu barədə Demokrat.az-a danışan tanınmış texnobloqer Fərid Pərdəşünas bildirib ki, hazırda faktiki olaraq bu qanuna əməl edilmir:“22 mayda “Reklam haqqında” qanunda dəyişiklik edilib, qanuna nəzarət mexanizmi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə verilib. Amma təəssüf ki, influenserlərin bir çoxu ilk vaxtlarda bu qanuna əməl etməyə çalışsalar da, sonradan etmədilər. Öz düşüncələrinə görə bu qanun onlara mənasız gəlir, əməl etmək istəmirlər. Ümumiyyətlə, qanunu başa düşmək istəmirlər. Onlar düşünür ki, bütün dünya haqsızdır, belə qanun olmamalıymış. Bu qanun bütün dünyada var, təkcə bizdə deyil. Həm özlərinə, həm izləyicilərinə hörmətsizlik edirlər.Mən başa düşmürəm, nə olmalıdır ki, bunlar qanuna əməl etsinlər. Reklam edirsənsə, bu reklamı bəyan etməlisən ki, bilinsin reklamdır. İzləyicini aldatmağa nə gərək var? Bu şəxslərin həyatının böyük hissəsi reklam üzərində qurulub, bəyan etmirlər ki, çox reklamları olduğu bilinməsin. Amma bu, birbaşa qanun pozuntusudur”.Cavidan Mirzəzadə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
1
demokrat.az

2Sources