EN

Elm və Təhsil Nazirliyinə 71 938 vətəndaş müraciəti daxil olub

İyulun 15-dən 31-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 71 938 vətəndaş müraciəti daxil olub.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildiirlib ki, müraciətlərin 44 444-ü çağrı mərkəzləri, 15 836-sı elektron, 1 269-u isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 10 389 müraciət qeydə alınıb.

Müraciətlər müəllimlərin işə qəbulu, sertifikatlaşdırma imtahanı, məktəbəqədər təhsil müəssisələrinə qəbul, birinci sinfə qəbul, məktəbəhazırlıq qruplarına qeydiyyat, magistraturaya qeydiyyat və digər məsələlərlə bağlı olub.

Chosen
39
12
anews.az

10Sources