EN

Almaniya Qəzzaya 14 ton yardım atdı – VİDEO

Almaniya ordusu Qəzza zolağında humanitar fəlakətlə üzləşən əhalini havadan təmin etməyə başlayıb.

 Tribunainfo.az xəbər verir ki, bu barədə Almaniyanın Müdafiə və Xarici İşlər Nazirlikləri birgə açıqlama yayıblar.

Bildirilib ki, ilk iki uçuş zamanı Almaniya Hərbi Hava Qüvvələri ümumilikdə 34 paletdə təxminən 14 ton ərzaq və tibbi ləvazimatı Qəzzaya atıb.

Nazirliklər bu addımın regionda acınacaqlı vəziyyətdə olan mülki əhaliyə yardım məqsədi daşıdığını vurğulayıblar. Hava körpüsü əməliyyatının davam etdiriləcəyi gözlənilir.

Chosen
40
1
tribunainfo.az

2Sources