EN

"Levski" - "Sabah" oyununun biletləri satışda

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq "Levski" (Bolqarıstan) - "Sabah" matçının biletləri satışa çıxarılıb.

Fanat.Az xəbər verir ki, məlumatı Sofiya klubunun mətbuat xidməti yayıb.

Qiymətlər sektoralara uyğun olaraq 27-170 lev (26-168 manat) aralığında dəyişir.

Azarkeşlər avqustun 1-dən 3-dək, bazar günü daxil olmaqla, yalnız 2025/2026 mövsümü üçün platin üzvlik kartları olanlar biletləri əldə edə biləcəklər. Avqustun 4-də isə qızıl üzvlük kartlarına sahib olanlara bilet satılacaq. Növbəti gün isə istənilən şəxs bilet əldə edə biləcək.

Qeyd edək ki, avqustun 7-də Sofiyada keçiriləcək "Levski" - "Sabah" oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab qarşılaşması bir həftə sonra Bakıda baş tutacaq.

Chosen
19
23
fanat.az

10Sources