EN

UEFA Ukrayna klubunu azarkeşlərinə görə cəzalandırdı

BAKI. 1 iyul. TELEQRAF

UEFA Ukraynanın "Aleksandriya" klubunu cəzalandırıb.

Teleqraf xəbər verir ki, buna "Partizan"la keçirilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında komanda azarkeşlərinin Serbiyaya qarşı zorakılıq çağırışı və Rusiya MOİK-ini təhqir etmələri səbəb göstərilib.

İntizam Komitəsinin qərarına əsasən "Aleksandriya" 20 min avro cərimə ödəyəcək və qarşıdakı 2 il ərzində qayda pozuntusu təkrarlanacağı halda, tribunasının bir hissəsini qapatmalı olacaq.

İki oyunluq mübarizənin yekununda "Partizan" 2:0 və 4:0 hesablı qələbələrlə mərhələ adlayıb. Konfrans Liqasının III təsnifat mərhələsində Serbiya təmsilçisinin rəqibi Şotlandiya "Hibernians"ı olacaq.

Chosen
8
1
teleqraf.com

2Sources