Ali Məhkəmə Samux rayonu İnstitut qəsəbə tam orta məktəbinin işdən çıxarılan direktoru Gülsafa Abbasovanın iddiasını təmin etməyib.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib.
Qeyd edilib ki, Gülsəfa Abbasova ötən il sözügedən məktəbdə keçirilən "Son zəng" tədbirində kriminal xarakterli musiqinin ifa edilməsi səbəbindən vəzifəsindən kənarlaşdırılıb.