Bakı. Trend:
“Rəqəmsal məktəb” platformasının real rejimdə işləməsi üçünplatformanın texniki imkanları araşdırılır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Məktəbəqədər və ÜmumiTəhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, müasir təlim texnologiyalarının tədris prosesinəinteqrasiyasının təmin edilməsi, interaktivlik və əlçatanlıq üçünmilli onlayn “Rəqəmsal məktəb” təhsil platforması fəaliyyətəbaşlayıb.
"İlkin mərhələdə “Rəqəmsal məktəb” platforması Bakı şəhərindəyerləşən ümumi təhsil müəssisələrində test rejimində tətbiq edilir.Sözügedən platforma təhsil sistemində müasir texnologiyalarıntətbiqi ilə yanaşı tədris və idarəetmə proseslərinitəkmilləşdirmək, həmçinin təhsildə şəffaflığı artırmaq məqsədidaşıyır.
Bildiririk ki, “Rəqəmsal məktəb” platforması pilot rejimdə Bakışəhəri ərazisində yerləşən ümumi təhsil müəssisələrində tətbiqolunub. Tədris ili bitdiyi üçün hazırda pilot rejimi dövrününnəticələri təhlil edilir. Real rejimdə işləməsi üçün platformanıntexniki imkanları araşdırılır.
Bu mərhələ yekunlaşdıqdan sonra layihənin əhatə dairəsi iləbağlı qərar veriləcək və ictimaiyyət məlumatlandırılacaq", - deyəAgentlikdən qeyd edilib.